Ərdoğanın məktubu Holandiyada böyük rezonans doğurdu – Müdaxilə

Prezident Ərdoğanın Avropada yaşayan türklərə göndərdiyi məktub Hollandiya hökuməti tərəfindən narazılıqla qarşılanıb.

Türk.az xəbər verir ki, məktuba sərt reaksiya verən Hollandiyanın Sosial İşlər və Məşğulluq üzrə naziri Vouter Koolmees bunun ölkənin daxili işlərinə müdaxilə olduğunu bildirib, ancaq nazir Hollandiya hökumətinin Ərdoğanın məktubuna qarşı addım atılıb-atılmayacağı barədə məlumat verməyib.

Qeyd edək ki, Ərdoğan Avropadakı türklərə məktubunda bunları bildirib: “Güclü Məclis, güclü hakimiyyət və güclü Türkiyə”. “Vaxt Türkiyə vaxtıdır, Vaxt İttifaq vaxtıdır”.