Ərdoğan ölkə əhalisinə müraciət edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisinə müraciət edəcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, sabah Türkiyə Nazirlər Kabinetinin növbəti toplantısından sonra dövlət başçısının xalqa müraciəti gözlənilir.

Toplantıda Ukraynada taxıl dəhlizi, 81 vilayətdə tikiləcək 150 min sosial mənzil layihəsi, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq.

Kabinetin müzakirə edəcəyi məsələlər arasında terrorçuluğa qarşı mübarizə və meymunçiçəyi ilə bağlı aparılan profilaktik tədbirlər də yer alıb.

Qeyd edək ki, bundan əvvəl hökumətin iclası avqustun 1-də baş tutub.