Ərdoğan Bosniya və Herseqovinanı təklif etdi

Bəzi Avropa ölkələrinin siyasətçilərimiz, vətəndaşlarımız əleyhinə mövqe nümayiş etdirməsi demokratik bir yanaşma deyil.

Türk.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz düzgün olanı etməyə davam edəcəyik. Avropada bəzi ölkələrin kamoaniya üçün “salon verərik-vermərik” müzakirələri apardığı bir şəraitdə, biz də oralarda yaşayan vətəndaşlarımızla Bosniya və Herseqovinada görüşməyi məqbul hesab etdik. Avropa ölkələrindən gələn vətəndaşlarımızla Bosniyadakı bir salonda görüşəcəyik. 9-10 min nəfərlik iclas üçün, inşallah, mən yer alacam”, – Ərdoğan deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Avropada türk vətəndaşlara xitab edəcəyini bildirmişdi.

Almaniya, Avstriya, Yunanıstan və Hollandiya əcnəbi siyasətçilərin ölkədə seçki kampaniyası aparmasına icazə verilməyəcəyini açıqlamışdı.