Əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova,Türk.az-a verdiyi məlumata görə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyyətini qəbul edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləribarədə ətraflı məlumat verib.

Cavid Qurbanov bildirib ki, Çexiya Respublikasının müvafiq qurumları ilə əlaqələrimiz yüksək səviyyədədir. Belə ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb və layihənin icrasına 2015-ci ilinoktyabr ayının sonlarında başlanılıb. Artıq Bakı-Böyük Kəsik istiqamətində təmir işlərı  başa çatmaq üzrədir.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakova çıxış edərək Azərbaycanın beynəlxalq və regional layihələrinreallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfliəlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə həmçinin Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak edib.