Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

Noyabrın 16-da Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, M.Hacıbəyov uzun müddət Quba Rayon Mərkəzi Xəstəxanasında koronavirusdan müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Əməkdar artist bu gün Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn olunacaq.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.