Əhməd İsmayılov: 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirilib

2022-ci ildə Medianın İnkişaf Agentliyi (MEDİA) 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov MEDİA-nın 2022-ci ilin yekunlarına dair hesabat konfransında məlumat verib.

O bildirib ki, media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir.