Əfqanıstanda partlayış olub, xəsarət alanlar var

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Kote-Sanqi yaşayış məntəqəsində baş verib. Bütün zərərçəkənlər İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasına aparılıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

“Taliban” hərəkatının nümayəndələri hələlik faktı təsdiqləməyiblər.