Əfqanıstanın Bəlx əyalətinin Dövlətabad qəzasında hərbi bazaya və Milli Təhlükəsizlik İdarəsinə bir dəstə silahlının hücumu nəticəsində 7 nəfər hərbçi ölüb, 3 hərbçi və idarənin 3 mülki əməkdaşı yaralanıb.
“Report” AP-yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
Hələlik hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.