Bakıda qadınlar arasında dava düşdü, gənc qız xəsarət aldı

Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub.

“Report”un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub. Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib, araşdırma aparılır.

ƏvvəlkiRezidenturaya sənəd qəbulu elan edildi
NövbətiHülya Avşardan İbrahim Tatlısəs və Sibel Can haqqında ŞOK AÇIQLAMA