ABŞ-ın məşhur B-52-sini ildırım vurdu: adam boyda… – Foto

ABŞ Hərbi Hava Qüvvələrinin Luiziana ştatında yerləşən Barksdeyl bazasında çalışan mexaniklər ildırım vurmasından sonra B-52 bombardmançı təyyarəsinin quyruq hissəsini dəyişmək məcburiyyətində qalıb.

Turk.az xəbər verir ki, bu barədə “Aviationist” informasiya yayıb.

Məlumata görə, təyyarə yerə enərkən onu ildırım vurub. Enişdən sonra heyət üzvləri təyyarənin quyruq hissəsində insan ölçüsündə deşik aşkar edib. İldırımın gücü həddən artıq olduğundan təyyarənin mühafizə sistemləri də kömək etməyib.

“Quyruq hissəsini tamamilə dəyişməyə məcbur olduq. Təyyarələrlə çalışdığım 15 il ərzində ilk dəfədir ki, belə hadisə ilə rastlaşıram”, – B-52 mexaniki Erik Elisson deyib.

ƏvvəlkiMikayıl Cabbarov islahata hazırlaşır – Konfrans
NövbətiƏlət azad iqtisadi zonası vergidən azad edildi – Qanun