Avtomobil Yolları Dövlət Agentliyinin işçisi yol tikintisi zamanı yük maşınının altında qalaraq ölüb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.

Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.

Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

ƏvvəlkiAzərbaycanda Hindistan vətəndaşı olan 89 qanunsuz miqrant tutulub
NövbətiTürkiyə F-35-lərlə İrəvanı bombalayacaq?