Romaya Ərdoğan üçün həyəcan verildi: 24 saat, 3500 nəfər…

Roma Papası Fransiskin dəvəti ilə İtaliyaya səfər etməsi planlaşdırılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri öncəsi Romada təhlükəsizlik qüvvələrinə həyəcan siqnalı verilib.

Turk.az xəbər verir ki, səfər zamanı Türkiyə prezidentinin mühafizəsini təşkil etmək üçün 3500 təhlükəsizlik əməkdaşı cəlb olunub.

Məlumata görə, Ərdoğanın gəlişinə artıq bir həftədir hazırlaşan Roma polisi və xüsusi xidmət orqanları xüsusən PKK-çıların paytaxtın mərkəzi meydanlarında toplaşmasının qarşısını almaq üçün qadağa qoyub. Paytaxtda həmçinin bəzi yolların Ərdoğanın səfəri zamanı 24 saat ərzində nəqliyyatın hərəkətinə bağlanacağı bildirilib.

Ərdoğanın təhlükəsizliyi üçün yaxın bölgələrdən əlavə qüvvələrin cəlb olunduğu təhlükəsizlik xidmətini həmçinin səfər zamanı təcili tibbi yardım maşınları və yanğınsöndürmə briqadaları da müşayiət edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada Papa Fransiskdən sonra italiyalı həmkarı Sergio Matarella və Baş nazir Paolo Centiloni ilə görüşəcək.

NövbətiAzərbaycanda Hindistan vətəndaşı olan 89 qanunsuz miqrant tutulub